Mercedes bəzi avtomobillərini geri çağırıb. Unikal.org xəbər verir ki, şirkətin bu addımı atmasının səbəbi təhlükəsizlik yastığında problem olmasıdır.
Buna görə Mercedes-Benz С/Е və GLK seriyalarından olan avtomobilləri geri çağırır. Söhbət 2011-2017-ci illərdə buraxılan və Rusiyaya ixrac olunan 12371 avtomobildən gedir.