Misirin İsgəndəriyyə şəhərində otel yaxınlığında partlayış olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mina yerləşdirilən avtomobilin partladılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb. 

Qeyd edək ki, daha əvvəl Misir DİN-i "Müsəlman qardaşları təşkilatına daxil olan və prezident seçkiləri ərəfəsində hücum planlaşdıran bir qrup ekstremisti yaxaladıqlarını bəyan etmişdi. 

Xatırladaq ki, Misirdə prezident seçkilərinin ilkin mərhələsi 26-28 martda baş tutacaq. Seçkilərin mübahisəsiz favoriti isə indiki dövlət başçısı Abdel Fəttah əs-Sisi hesab edilir.