Dağıstanda İŞİD terror qruplaşması ilə əlaqəli silahlı məhv edilib. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, əməliyyat Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən Botlix rayonunun Andi kəndi ərazisində keçirilib.

Təslim olmaqdan imtina edən şəxs silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv etdirilib.

Öldürülən şəxsin federal axtarışda olan qanunsuz dəstə rəhbəri İŞİD-lə əlaqəli Yunus Həbibov olduğu bəlli olub.