Hindistanda avtobusla yük avtomobili toqquşub.
Unikal.org-un məlumatına görə, hadisə nəticəsində 30-dan çox insan, o cümlədən 2 uşaq xəsarət alıb.
İnsidentin Qərbi Benqaliya ştatının Malda dairəsində yerli vaxtla saat 12.30-da baş verdiyi bildirilir.
Məlumata əsasən, qəza avtobus sürücüsünün günahı üzündən baş verib.