Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Zati-aliləri cənab Giorgi Marqvelaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Unikal.org xəbər verir ki, prezidentin həmkarına başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".