"Avropa İttifaqı (Aİ) Bakı və Yerevan qarşısında "ya Qərb, ya Rusiya ilə" seçimi qoyaraq onların hüquqularını tapdalamamalı və maraqlarına ziyan vurmamalıdır."
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan KİV-nə verdiyi və Rusiya XİN-nin saytında dərc olunan müsahibəsində bildirib.
"Əlbəttə, nə Ermənistan, nə Azərbaycan, nə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının digər üzvlərinın hüquqlarının tapdalanmaması, onların maraqlarına ziyan vurulmaması üçün Aİ-nin 2014-cü ildə Ukrayna hadisələrinə də səbəb olan "ya bu, ya da o biri" məntiqindən imtina etməsi çox vacibdir", - S.Lavrov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan bütün qonşuları ilə tam müstəqil əməkdaşlıq etməlidir.
"Postsovet məkanında olan ölkələri "ya Qərb, ya Rusiya ilə" yalançı seçimi qarşısında qoymaq olmaz. Bu, tamamilə ideoloji, siyasiləşdirilmiş yanaşmadır", - rusiyalı nazir əlavə edib.