Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması başa çatır və ölkədə "sükut günü" elan edilir.

Unikal.org-un məlumatına görə, Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkiləri 871 beynəlxalq, 57 373 yerli müşahidəçi izləyəcək.