Prezident İlham Əliyev Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu ünvanlayıb.
Unikal.org-un xəbərinə görə, təbrik mətnində deyilir:
"Zati-aliləri,
Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm.