Azərbaycanın üçüncü peykinin təyin olunan vaxtda orbitə çıxarılmasını təmin etmək məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə bütün işlər qrafikə uyğun şəkildə davam etdirilir.
Xeberle.com-un xezerxeber.az-a istinadən məlumatına görə, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun modernizasiyası ilə bağlı işlər artıq yekunlaşıb. Peykin orbitə buraxaılacağı dəqiq tarix də artıq bəllidir.
Həmçinin, artıq 3 ildir ki, "Azərkosmos tərəfindən yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində peykdən əldə edilmiş təsvirlər təmənnasız olaraq elmi tədqiqat institutları, universitetlər və digər qurumlara təqdim olunur.