Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib.
Unikal.org report-a istinadən xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Xatırladaq ki, məntəqə 1 saylı tam orta məktəbin binasında yerləşir. Məntəqənin seçici siyahısında 975 nəfərin adı var.