Prezidentliyə namizəd Hafiz Hacıyev səs verib.
Unikal.org xəbər verir ki, H. Hacıyev 8 saylı Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
O bildirib ki, bütün seçki məntəqələrində canlanma var: "İçimizdə olan bəzi ünsürlər seçkini boykot etməyə çağırsa da, xalq bu fikirlərə əhəmiyyət vermədi və hər kəs seçkidə iştirak edir. Seçicilər sərbəst şəkildə istədikləri şəxsə səs verirlər".