Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin Bufarik aeroportu yaxınlığında düşdüyü bildirilir. İlkin məlumata görə, təyyarədə olan 200-ə yaxın hərbiçi qəza zamanı dünyasını dəyişib.

Qəzanın baş verməsinə texniki nasazlığın səbəb olduğu ehtimal olunur.

***
Əlcəzairdə "İl-76TD hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 181 nəfər ölüb.

Bunu ölkənin Mülki Müdafiə İdarəsindən bildiriblər.

Ölənlərin 26-sı Əlcəzair "POLİSARİO" Cəbhəsinin üzvləridir. Onlar Qərbi Saxaranın müstəqilliy uğrunda mübarizə aparırlar. Bu ərazini Mərakeş özünün ayrılmaz tərkib hissəsi sayır.