Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti ilə "Liverpul arasında keçirilən cavab qarşılaşmasında insident baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Etihad stadiumda fanatlar arasında dava düşüb. Hadisə ailə tribunasında baş verib.
"Liverpul azarkeşləri komandalarının qələbəsini bayram edərkən "Siti fanatları onlara hücum ediblər. Hadisəyə polis müdaxilə edib.
Xəsarət alanlar barədə məlumat verilmir. Polisin bir nəfəri həbs etdiyi bildirilir.