Qobustan rayonunda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Qobustan rayonu Təklə kənd sakini, 1986-cı il təvəllüdlü Alıyev Kamil Gülhüseyn oğlu Qobustan şəhərində yaşadığı evin həyətində ağacdan özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.