"Rusiya ATƏT-in Minsk qrupunun formatını hələ də rasional və səmərəli hesab edir".
Unikal.org azvision.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski deyib.
"Dağlıq Qarabağ münaqişəsi çox incə məsələdir. Bu, qanlı münaqişədir və müvafiq təcrübəyə malik olmayanların bura müdaxilə etməsi lazım deyil. Hər birimiz başa düşürük ki, problemi gələcək nəsillərə ötürməyə haqqımız yoxdur. Problem bizim nəslin həyatda olduğu dövrdə öz həllini tapmalıdır", - deyə Slutski bildirib.
Slutskinin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun formatını hələ də rasional və səmərəli hesab edir. Deputat artıq razılaşdırılmasından 7 il keçən Madrid prinsiplərinin yerinə yetirilməməsinə görə təəssüfləndiyini bildirib.