"Binə ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, aprelin 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Binə ticarət mərkəzinin buraxılış məntəqəsinin köşkünə girərək orada işləyən Bakı şəhər sakini Elnur Vəliyevə məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Toğrul Əliyev Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilib.

T.Əliyevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.