Aprelin 12-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Unikal.org Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Türkiyənin Baş naziri Binəli Yıldırım İlham Əliyevə prezident seçkilərində inamlı qələbə qazanması ilə əlaqədar təbriklərini çatdırıb, Azərbaycan xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Binəli Yıldırıma minnətdarlığını bildirib.
Dövlətimizin başçısı İlham Əliyev və Baş nazir Binəli Yıldırım dostluq və qardaşlıq əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.