Aprelin 13-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani prezident İlham Əliyevə telefonla zəng edib.
Unikal.org xəbər verir ki, Məhəmməd Əşrəf Qani İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Məhəmməd Əşrəf Qaniyə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.