Avrasiya Yəhudi Konqresinin baş direktoru Haim Ben-Yakov, Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri Aaron Frenkel və Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Unikal.org-un məlumatına görə, təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu. Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresi və Azərbaycanın yəhudi icması adından səmimi qəlbdən təbrik edirik. Azərbaycan yəhudiləri Sizin müdrik milli siyasətinizə və antisemitizmə qarşı mübarizədə ardıcıl sərt mövqeyinizə görə Sizə təşəkkür edirlər. Azərbaycan ilə İsrail arasında səmimi dostluq münasibətlərinin, iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycanın yəhudi icması bundan sonra da öz ölkəsinin rifahı naminə işlərdə fəal iştirak edəcək.