Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, aprelin 14-də saat 03 radələrində Yevlax şəhəri ərazisində Bərdə rayon sakini Aydın Vəliyevin idarə etdiyi "KamAZ və Abşeron rayon sakini Orxan Əliverdiyevin idarə etdiyi "Ford-Tranzit markalı avtomobillər toqquşub. Nəticədə O. Əliverdiyev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.