Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Xəlifə bin Zayed Al Nəhyan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Unikal.org-un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab prezident. Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Cənab prezident, Birləşmiş Ərəb Əmirlikləri xalqının Azərbaycan xalqının sevincinə şərik olduğunu dost xalqınıza çatdırmağı xahiş edirəm. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar, dost xalqınıza isə xeyir-bərəkət və əmin-amanlıq arzu edirəm. Xahiş edirəm, səmimi salamlarımı, ən yüksək ehtiramımı qəbul edin".