Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Unikal.org-un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ölkə əhalisinin Sizə göstərdiyi bu etimad dövlətin mənafeyi naminə uzun illər səmərəli fəaliyyətinizin qanunauyğun nəticəsidir. Seçkilərin nəticələri Azərbaycan xalqının maraqlarını və ümidlərini doğruldan təcrübəli və məsuliyyətli siyasi xadim kimi Sizin yüksək nüfuzunuzun danılmaz sübutudur.
Beynəlxalq Şahmat Federasiyası ilə Sizin gözəl ölkəniz arasında uzun illər davam edən məhsuldar dostluq münasibətləri mövcuddur. Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadası bütün şahmat aləmində xoş xatirə kimi iz qoydu. İdman ictimaiyyəti bu Olimpiadanı tarixdə ən yaxşı şahmat yarışı hesab edir. "Məktəblərdə şahmat proqramı fəal inkişaf etdirilir, bölgələrdə şahmat klubları açılır, beynəlxalq turnirlər keçirilir. Azərbaycan yığması dəfələrlə Avropa komanda çempionatlarında qalib olub. Azərbaycan şahmat məktəbinin, onun çox güclü oyunçularının nüfuzu olduqca yüksəkdir və heç şübhəsiz ki, bu işdə Sizin şəxsi xidmətləriniz böyükdür. Bu il aprelin 18-də Şəmkirdə keçiriləcək 5-ci superturnirin açılış mərasimində böyük məmnuniyyətlə iştirak edəcəyəm.
Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram və bu xoş fürsətdən istifadə edərək, aprelin 19-da Sizin üçün əlverişli olan istənilən saatda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşməyə razılıq verməyinizi xahiş edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".