"SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri əmək haqlarının gecikməsinə görə, etiraz aksiyası keçirirlər.
Unikal.org-a daxil olan xəbərə görə, bu gün "SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Kimya Sənaye Parkında 2000-nə yaxın işçi maaş tələbiylə etiraz aksiyası keçirib.
Aylardır ki, əmək haqqı ala bilməyən işçilər şirkət rəhbərliyindən maaş problemlərinin həll edilməsini tələb ediblər.
"SOCAR
Polymer Məhdud Məsuliyyətli CəmiyyətindəÑ‚ Unikal.org-a
bildiriblər ki, bütün işçilərin əmək
haqları bir həftə əvvəl tam olaraq ödənilib: "Hazırda işlər qaydası üzrə gedir,
işçilərdən heç bir şikayət daxil olmayıb
Xatırladaq ki, "SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyəti özünü Azərbaycanın neft-kimya sənayesinin inkişafında mühüm rol oynayan aparıcı şirkət sayır.