Prezident İlham Əliyev yenidən dövlət başçısı seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.
Unikal.org xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.
Səfərin aprelin 25-də baş tutacağı bildirilir. Azərbaycan Prezidentinin səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırmla görüşü nəzərdə tutulub