Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV sədri Arif Alışanova 4,6 milyon manat pul "atmaqda və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib.
Unikal.org xəbər verir ki, məhkəmə zalında təqsirləndirilən şəxslər Qoçəli Cəbiyev, Şücayət Ələkbərov prokuroru təhqir edib. Bu səbəbdən də prokuror ona xəbərdarlıq edib. Ş.Əkbərov A.Alışanovun vəkilinə "canına azzar" deyərək təhqir edib. Təqsirləndirilən şəxsin məhkəmə prosesində qarşı tərəfi təhqir etməsinə hakim tərəfindən növbəti dəfə xəbərdarlıq edilib.
Daha sonra Q.Cəbiyev prokurorun ünvanına qeyri-etik fikirlər səsləndirib. Prokuror və A.Alişanovun nümayəndələri buna öz etirazlarını bildiriblər.
Q.Cəbiyevin oğlu da zalda onlara ağır ifadə işlədib. Bu zaman hakim Q.Cəbiyevin oğluna xəbərdarlıq edərək onu zaldan çıxarıb. Lakin Cəbiyevin oğlu zaldan çıxmaq istəməyib. Bu səbəbədən də hakim tərəfindən növbəti xəbərdarlıq alıb: "Elə etmə ki, polis çağıraq.
Bu xəbərdarlıqdan sonra Qoçəli Cəbiyevin oğlu zaldan çıxarılıb.