Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş nazirinin müavini. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu ordenlə mükafatlandırıb.

Unikal.org xəbər verir ki, bununla bağlı ölkə başçısı sərəncam imzalayıb:

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov 2-ci dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilsin".