Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Vyanada görüşə bilərlər.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, bu barədə İrəvandakı diplomatik mənbə məlumat verib. Danışıqlar zamanı Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.
Mənbənin sözlərinə görə, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Prezidentlərin görüşü mayın 16-na baş tuta bilər.
Hələlik Ermənistanın rəsmi mənbələri prezidentlərin mümkün görüşü barədə şərh verməyib.