Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla əksər dövlət qurumlarına rəhbər təyin edilib. Prezidentin komandasında yer verdiyi şəxslərin arasında deputatlar da üstünlük təşkil edir.

Unikal.org xəbər verir ki, hökumətdə vəzifəyə getdiyindən, yaxın vaxtlarda onların deputat fəaliyyətlərinə də xitam veriləcək. Belə ki, sözügedən vəzifəli şəxslər deputatlıq fəaliyyətinə xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) öz sənədlərini təqdim edəcəklər.

Vəzifə verilən deputatların siyahısı:

Nazirlər Kabinetinin yeni tərkibində yer alan millət vəkillərinin siyahısını təqdim edir:

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri - Rövşən Şükür oğlu Rzayev;

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri - Muxtar Bahadur oğlu Babayev;

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri - Fuad Rauf oğlu Muradov;

Dövlət Miqrasiya Xidmətinin rəisi - Vüsal Əfqan oğlu Hüseynov.

Qeyd edək ki, Milli Məclisdə daha 2 deputat yeri boş qalıb. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqdan sonra, onun deputat fəaliyyətinə xitam verilib. Milli Məclisin deputatı Astan Şahverdiyev isə bir neçə gün əvvəl vəfat edib. Bu səbəbdən, Milli Məclisdə ümumilikdə 125 deputatdan yalnız 119-u təmsil olunur.