Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində gündəmi zəbt edən falçının açıqlamalarının ardı tamaşaçılara təqdim edilib. 

Unikal.org xəbər verir ki, 50-yə yaxın qızı zorladığı iddia edilən falçının daha bir qurbanı nişanlı qız imiş. Bu barədə jurnalist Xalidə xanım danışıb. Onun sözlərinə görə qurbanların sayı çoxdur. Daha sonra bölgələrin birində oxşar hadisənin baş verməsi ilə bağlı da tamaşaçılara məlumat verilib. Aparıcı Amil Xəlilin falçı Ramil Talıbova verdiyi suala maraqlı cavab gəlib. "Siz başqaları ilə görüşümüsünüz? sualına falçı "nə olsun ki kişi deyilik bəyəm?" cavabını verib.

Həmin anları sizə təqdim edirik.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də araşdırmaçı jurnalist Amil Xəlilin təqdimatında yayımlanır.