Paytaxtın Suraxanı rayonunda 3 avtomobil toqquşub, xəsarət alan var. 

Unikal.org xəbər verir ki, hadisə Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Belə ki, "mercedes" markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman əks istiqamətdən gələn digər "mersedes" markalı 2 maşınla toqquşub. 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb olan avtomobilin sürücüsü üzündən və ayağından xəsarət alıb. Hadisə yerinə gələn sürücünün tanışları onu həmin ərazidən uzaqlaşdırıblar. Qəzanın baş verdiyi yerə Suraxanı Rayon Yol Patrul xidmətinin əməkdaşları gəlib. Hadisənin səbəbləri araşdırılır.

Famil Fərhadoğlu