Bakıda "Trump Tower binasında yanğın başlayıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, binanın üst mərtəbəsində əvvəlcə tüstülənmə başlasa da, sonradan yanğına çevrilib.

Bu dəqiqələrdə başlayan yanğın yerinə yanğınsöndürənlər cəlb olunub.

Bina bir neçə il əvvəl tikilsə də, hələ də istifadəyə verilməyib. 

***
12:50:18

Yanğın baş verən ərazidə yollar bağlanıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.

Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***
13:22

Bakıdakı çoxmərtəbəli iş mərkəzində başlayan yanğın binanın aşağı mərtəbələrinə doğru yayılıb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hələlik yanğının qarşısını almaq mümkün olmur.

Hadisə yerinə fövqəladə hallar naziri general-polkovnik Kəmələddin Heydərov da gəlib.