Göyçay rayonunda yol qəzası baş verib.

Unikal.org Trend-ə istinadən bildirir ki, hadisə gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.

Rayon sakini 1987-ci il təvəllüdlü Səfər Zöhrab oğlu Rəsulov idarəetməni itirərək "VAZ 2106" markalı avtomobili hasara çırpıb.

Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır.