Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada (hazırda istismar olunmur) yenidən başlayan yanğın söndürülüb.

Unikal.org xəbər verir ki, ərazidə FHN-in yanğınsöndürən maşınları və briqadaları işləyir.

XXX


Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur)  söndürülən  yanğın yenidən alovlanıb. 

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir. 

Əlavə məlumat veriləcək.