Bakıda çoxotaqlı mənzildə  yanğın olub. 

Unikal.org  FHN-in saytına istinadən xəbər verir ki, yanğın şəhərin Səbail rayonunda ümumi sahəsi 540 m² olan üçmərtəbəli 12 otaqlı evdə baş verib. Nəticədə evin  2-ci mərtəbəsinin mətbəxində mətbəx mebeli 15 m² sahədə və məişət avadanlıqları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.