Sumqayıtda iki avtomobil toqquşub.

Unkal.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralının Sumqayıt şəhərindən keçən hissəsində baş verib.

Qəza zamanı hər iki avtomobilin sürücüsü - 1952-ci il təvəllüdlü Bayramov Sahatmirzə Soltan oğlu və 1989-cu il təvəllüdlü Nəsrullayev Fərdi Eynulla oğlu ağır xəsarət alıblar. Yaralılar Sumqayıt şəhər TTYX-a çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.