Ağdamda avtomobil divara çırpılıb.

Unikal.org   APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Paşabəyli kəndində baş verib.

 1974-cü il təvəllüdlü Heydərov Şakir Nüsrət oğlu idarə etdiyi "Mercedes markalı minik maşınını idarə edərkən idarəetməni itirib və yol kənarındakı divara çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin ağır bədən xəsarəti alıb. Yaralılar ilkin olaraq Ağdam, daha sonra isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 Faktla bağlı Ağdam polisi araşdırma başlayıb. Ilkin ehtimala görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün qəza törədib.