Oğurluqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisində 1 avtomobildən bankomat kartları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün daha 2 avtomobildən oğurluğa cəhd göstərmələri, habelə 6 avtomobildən pul, mobil telefon və bankomat kartları oğurlamaları da müəyyən edilib.