Şəmkirdə avtomobil aşıb.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımı adlanan ərazisində baş verib.

Minik avtomobilinin aşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.