Rusiya prezidenti fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Unikal.org trend-ə istinadən məlumatına görə, telefon söbbəti barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, iki ölkə lideri arasında telefon söhbəti zamanı İranla nüvə sazişi ətrafında müzakirə aparılıb.

Kreml yaydığı məlumatda qeyd edir ki, danışıqlar Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.