Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu, Qalayxudat kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobili dərəyə aşıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***15:42

Quba-Alpan-Susay-Xınalıq avtomobil yolunda baş verən qəzada ölən şəxsin kimliyi müəyyənləşib.

"Unikal"ın məlumatına görə, həmin şəxs Füzuli rayon sakini İlqar Mübaşir oğlu Əhmədovdur.

***15:18

Qubada "Ford" yük avtomobili aşıb, ölən və yaralanan var.

"Unikal"ın məlumatına görə, hadisə Alpan-Xınalıq avtomobil yolunun Qalayxudat kəndi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, idarəetməni itirən nəqliyyat vasitəsi yolun kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu ağır bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Digər bir nəfər şəxs isə hadisə yerində ölüb. Qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub. 

Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca