Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Unikal.org Report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
K.Ağazadə ittiham aktını almadığını, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçildiyini bildirib.
Məhkəmə ona ittiham aktı verib və proses mayın 7-dək təxirə salınıb.