ABŞ Ukraynaya "Javelin tank əleyhinə raket kompleksləri göndərib.

Unikal.org-un xəbərinə görə, bu barədə "Azadlıq radiosu ABŞ Dövlət Departamentinə istinadən məlumat verib. "Silahlar artıq göndərilib, - deyə Dövlət Departamentinin rəsmi şəxslərindən biri söyləyib. Detallar hələlik məlum deyil.

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ hökuməti Ukraynaya letal (öldürücü) silahlar, o cümlədən "Javelin tank əleyhinə raket kompleksinin verilməsi barədə qərar qəbul edib. 2018-ci il martın 2-də Dövlət Departamenti Ukraynaya 47 milyon dollar dəyərində 210 ədəd "Javelin raketi və onlar üçün 47 buraxıcı qurğunun göndərilməsini bəyənib.

Xatırladaq ki, Barak Obama dövründə ABŞ Ukraynaya yalnız qeyri-letal hərbi sistemlər verirdi.