Samuxda qətl hadisəsi törədilib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində baş verib.
Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.
Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin böyüyünün 9 yaşı olan övladı var.
A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.