Prezident İlham Əliyev "Standartlaşdırma haqqında qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Unikal.org -un məlumatına görə, sərəncama əsasən, "Standartlaşdırma haqqında qanunun 6-cı maddəsinin ikinci hissəsinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
"Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır.

Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək.