Daşkəsəndə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan mikroavtobusun "VAZ 2106 markalı avtomobillə toqquşması nəticəsində Gəncə sakini, 1957-ci il təvəllüdlü Əliyev Çapay Cumalı oğlu, Daşkəsən rayon sakinləri 1965-ci il təvəllüdlü Verdiyeva Zərqələm Lətif qızı, 1967-ci il təvəllüdlü Qurbanov Elşən İsaq oğlu və 1964-cü il təvəllüdlü Allahyarov Zahid Ədil oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.