Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfinÂdən sərÂhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərÂÂhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Unikal.org xəbər verir ki, 26 aprel 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və peÂşəÂkarÂlığı sayəsində 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərÂhəÂdiÂnin pozulmasının qarşısı alınmışdır.
Hadisə Dövlət Sərhəd Xidmətinin "Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində baş vermişdir. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində "Pusqu sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqaÂmətÂdən mühəndis çəÂpərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşaÂhidə olunmuş və hərəÂkətləri nəzarətə götürülmüşdür. Həmin şəxslər sərÂhəd zastavasının müÂhəndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərəÂfindən sərhəd pozucusu qismində saxlanılmışlar.
Araşdırma zamanı AzərbayÂcan ResÂpubÂliÂÂkasından İran İslam ResÂpublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəlÂlüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı SanÂthıÂrakumar, 1983-cü il təvəllüdlü Ratnasingam SatheeskuÂmar, 1994-cü il təvəllüdlü GuÂnaslÂgar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunmuşdur.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.