Ədliyyə Nazirliyinin Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin rəisi Samirə Kazımova vəfat edib.
Unikal.org report-a istinadən xəbər verir ki, o, 38 yaşında dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, S.Kazımova xərcəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Samirə Səməd qızı Kazımova ailəli olub. Onun bir oğlu, iki qızı var.