Xəbər verdiyimiz kimi, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublu oğurlanıb.
Məlumat yayımlandıqdan sonra, sosial şəbəkələrdə oğurlanan dollar və rus pullarının məscidə haradan gəldiyi müzakirə mövzusu olub.
Məsələ ilə bağlı Unikal.org-a məscidin imamı Məhərrəməli Rəhmanov açıqlamasında bildirib ki, oğurlanan dollar və rus rubulu məscidin təmiri üçün yığılan vəsait olub.
"Hazırda məsciddə təmir işləri gedir. Rusiyada yaşayan kənd sakinlərimiz məscidin təmiri üçün pul göndərdilər. Həmin pullar da rubl və dollar idi. Göndərilən pulla məscidi təmir etdirmək niyyətimiz var idi.