Tovuz rayonunda 88 yaşlı kişi ehtiyatsızlıqdan yıxılıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə rayonun Düzqırıxlı kəndində baş verib.

Kənd sakini, 1930-cu il təvəllüdlü Seyidov Fərman Seyidhüseyn oğlu evində ehtiyatsızlıqdan yıxılıb. Hadisə nəticəsində F. Seyidovun boyun ətrafında körpücük sümüyü qırılıb. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.