Şəkidə 7 yaşlı oğlanı it dişləyib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, mayın 2-də saat 20.00 radələrində rayonun Bideyiz kənd sakini, 2011-ci il təvəllüdlü Təbriz Tural oğlu Şirinli it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan verilən məlumata görə, Təbriz Şirinliyə yaşadığı kəndin ərazisində sahibsiz itin hücum edərək sol əlinin iç səthini və ayağın bud nahiyəsini dişlədiyi müəyyənləşib. Azyaşlıya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.